Kredit Administratoru | Banco.az
FINCA Azerbaijan

Kredit Administratoru

Vakansiya haqqında məlumat: 

150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən “FINCA Azerbaijan” Məhdud Məsuliyyətli Qeyri Bank Kredit Təşkilatı İmişli, Mərkəz, Şamaxı, Şəmkir (və ya Goranboy ) filiallarına  Kredit Administratoru” işində çalışmaq istəyən, iddialı və potensialı olan gənc namizədlər axtarır.

TƏLƏBLƏR:

  • Ali və ya texniki təhsil
  • Riyazi baza biliklər
  • Kreditvermə prosesində təcrübə arzuolunandır
  • Azərbaycan dilində sərbəst danışmaq
  • Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
  • İşdə dəqiqlik və detallara fikir vermək bacarığı.

ƏSAS FUNKSİYASI:

    Kredit Adminstratoru müvafiq xətti menecerin rəhbərliyi altında təyinatı filialda kreditvermə prosesinin problemsiz və profesional şəkildə həyata keçirlməsini təmin etmək üçün məsuldur. Kredit Adminstratoru eyni zamanda əsas vəzifəsi olan kreditin verilməsi prosesinə mane olmamaq şərti ilə filiala yaxınlaşan müştərilərə kredit haqqında məlumat verəcək, müştərilərin problemlərinin həlli üçün onları müvafiq FINCA işçilərinə yönləndirəcək.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər layihədə iştirakçı olmaq istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 11 Mart 2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənifilialın qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə nəzərdən qaça bilər!

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et