Kreativ direktor / baş dizayner | Banco.az
Yelo Bank

Kreativ direktor / baş dizayner

Vakansiya haqqında məlumat: 

 

Kreativ direktor / baş dizayner

Tələblər:

  • Müvafiq sahədə ən az 3 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini sərbəst bilmək;
  • Qrafik dizayn proqramları ilə mükəmməl işləmə bacarığı (Adobe Illustrator, Adobe Photoshop, Adobe After Effects, Adobe InDesign) ; 
  • Kreativ yaradıcılıq bacarığı olmalı;  
  • Dəqiq və detallara diqqətli olmalı;  
  • Kollektivdə işləmək bacarığı olmalı;  
  • Təşəbbüskar və çevik olmalı;  
  • Portfolio mövcudluğu;

 

Əsas öhdəliklər:

- Gələcək ünsiyyət üçün yaradıcı ideyaların hazırlanması;

- Təsdiq edilmiş promosyonların və kampaniyaların həyata keçirilməsində aktiv iştirak;

- Digər reklam  şirkətlərinin işinin monitorinqi;

- Brendin idarəedilməsi departamentinin hər kommunikasiya fəaliyyəti üçün vizual konsepsiyanın yaradılması və proseslərin yerinə yetirilməsi;

- Cari dizayn trendləri üzrə tədqiqatın aparılması və maraqlı tərəfin ehtiyaclarına əsaslanaraq yatırım edilməli potensial sahələrin müəyyən edilməsi;

- Qrafik kompüter proqramlarını və alətləri ilə işləməsi;

- Reklam kampaniyalarının xüsusiyyətlərini, reklam kampaniyalarının forma və üsullarını bilməli;

- Dizaynın əsaslarını bilməli;

- Kreativ direktorun işini tənzimləyən sifarişləri, göstərişləri, əmrləri, və digər normativ  sənədlərlə işləməsi;

- Media, reklam, istehlakçıların müdafiəsi, müəllif hüquqlarını və qanunvericilikləri bilməli;

 

CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Kreativ direktor / baş dizayner) qeyd edərək,  [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et