Korporativ xidmət bölməsi üzrə Kiçik mütəxəssis | Banco.az
Kapital Bank

Korporativ xidmət bölməsi üzrə Kiçik mütəxəssis

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

Kapital Bank namizədləri Korporativ xidmət bölməsi üzrə Kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər

  • Hüquqi şəxslərə bank xidmətləri göstərmək
  • Bankın xidmətləri ilə bağlı müştərilərə daima məlumatlar vermək
  • Yeni korporativ müştərilər cəlb etmək və uzunmüddətli əlaqələr qurmaq
  • Mövcud müştərilərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək

Tələblər

  • Ali təhsil
  • İş təcrübəsi tələb olunmur (Yeni məzunlar müraciət edə bilərlər)*
  • Qarşılıqlı əlaqələri inkişaf etdirmək bacarığı
  • Mükəmməl səviyyədə Azərbaycan və Rus dili biliyi
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər
  • Gərgin iş qrafikində işləmək bacarığı
  • Əla ünsiyyət bacarıqları
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti

CV-lərinizi “Korporativ Xidmət bölməsi” başlığını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et