Korporativ və OKB kreditləri üzrə mütəxəssis / baş mütəxəssis | Banco.az
Rabitəbank

Korporativ və OKB kreditləri üzrə mütəxəssis / baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

Korporativ və OKB kreditləri üzrə mütəxəssis / baş mütəxəssis (Bakı, Quba, Qusar, Xaçmaz, Şəki, Şamaxı, Ağsu, Kürdəmir və Şirvan filialları)  

Vəzifə və öhdəliklər:

  • ·         Yeni korporativ müştərilərin axtarışı və cəlb olunması (İşlədiyi region və ona yaxın bölgələr üzrə);
  • ·         Müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsi;
  • ·         Müştərilərin bizneslərinin maliyyə təhlilinin aparılması;
  • ·         Kredit işinin kredit komitəsinə hazırlanması və təqdim edilməsi;
  • ·         Kredit portfelinin keyfiyyətinə nəzarət edilməsi.

Namizədə olan tələblər:

  • ·         Ali təhsil;
  • ·         Müvafiq sahədə azı 3-4 il iş təcrübəsi;
  • ·         Yüksək analitik düşüncəyə malik olması;
  • ·         Yüksək təqdim etmə və kommunikasiya qabiliyyəti;
  • ·         Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • ·         Komandada işləmək bacarığı;
  • ·         Dəqiqlik, düzgünlük və məsuliyyətlilik kimi müsbət göstəricilərə malik olması.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.  Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır.

Əlaqə vasitələri: E-mail: [email protected] Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

 

Ən sərfəli krediti almaq üçün müraciət et