Korporativ Satışlar şöbəsinin mütəxəssisi | Banco.az

Korporativ Satışlar şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Vəzifə: Korporativ Satışlar şöbəsinin mütəxəssisi    

İşəgötürən: Ateshgah Sigorta          

Namizədə tələblər:     

• Yaş: 23-30     

• Cinsi: kişi və ya qadın    

• Təhsil: Ali    

• İş təcrübəsi: Satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir    

• Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı)    

• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi        

Şəxsi keyfiyyətlər  

• Ünsiyyət qurmaq bacarığı    

• Yüksək nitq mədəniyyəti    

• Xoş xarici görüş    

• Yüksək təqdimat bacarığı        

Əsas vəzifə öhdəlikləri    

• Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;    

• Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;    

• Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;    

• Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;    

• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;    

• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.        

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır    

• İş vaxtı 09:00 - 18:00    

• İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)    

• Şirkət tərəfindən nahar    

• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir    

• Şirkət tərəfindən görüşlər üçün avtomobil təqdim olunur    

• Əmək haqqı + rüblük motivasiya         

Maraqlananlar öz CV formalarını [email protected]  ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir )

Şirkət: 
Ateshgah Sigorta

Ən sərfəli krediti almaq üçün müraciət et