Korporativ müştərilərlə iş şöbəsi - mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis | Banco.az
ABB

Korporativ müştərilərlə iş şöbəsi - mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

“ABB” ASC Korporativ müştərilərlə iş şöbəsinə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis vakansiyaları elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

- Bank məhsullarının və xidmətlərinin satışını həyata keçirmək üçün potensial müştərilərin cəlb olunması;
- Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla əlaqələrin yaradılması;
- Maliyyə bazarlarının, rəqiblərin fəaliyyətinin araşdırılması, analizi və tələbatın müəyyənləşdirilməsi;
- Bankın müvafiq xidmətlərinin və məhsullarının satışının yüksək səviyyədə həyata keçirilməsi;
- Zərurət yarandıqda gündəlik, həftərlik, rüblük,illik  hesabat əsasında müştərilərın araşdırılması, potensiallığını müəyyən edilməsi və cəlb edilməsi üçün müvafiq tədbirlərin görülməsi;
- Zərurət  yarandıqda müştəri şikayətlərinin yaranma səbəbini araşdırılması və problemlərin həlli istiqamətində zəruri tədbirlərin görülməsində adiyyatı strukturlara köməklik etməsi;
- Keçirilən aksiya və kampaniyalar haqqında müştəriləri daimi məlumatlandırmaq.

Vakant vəzifə üzrə tələblər:

- Sahə üzrə minimum 1 il iş stajı;
- Ali iqtisadi təhsil;
- Bank əməliyyatları üzrə qanunvericilik aktları ilə tanış olmaq, эsas bank məhsulları haqqında məlumatlı olmaq;
- Azərbaycan və rus dilində mükəmməl yazı və danışıq qabiliyyəti (ingilis dili arzuolunandır);
- Komandada işləmək bacarığı;
- Satış qabiliyyəti, müştərini inandırmaq bacarığı;
- Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti.

Bu iş sizə nələri qazandıracaq:

- Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
- Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
- Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
- Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  5 oktyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ müştərilərlə iş üzrə namizəd” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et