Korporativ müştərilərə xidmət üzrə əməliyyatçı | Banco.az
Beynəlxalq Bank

Korporativ müştərilərə xidmət üzrə əməliyyatçı

Vakansiya haqqında məlumat: 

 

Azərbaycan Beynəlxalq Bankı filiallarda Korporativ müştərilərə xidmət üzrə əməliyyatçı vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Müasir Dövlət Bankının uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankınınyaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

  • Qüvvədə olan qanunvericiliyə uyğun müvafiq prosedurlar əsasında hüquqi şəxslərin bank hesabları üzrə əməliyyatlar aparmaq;
  • Müştərilərin hesablarına vergi, məhkəmə orqanları və DSMF tərəfindən qoyulmuş sərəncamların reyestrini aparmaq, icrasını təşkil etmək;
  • Hüquqi şəxslərin hesabları üzrə əməliyyatların aparılması üçün müvafiq tədbirlər görmək;
  • Nağd vəsaitlərin verilməsi və qəbul edilməsi üzrə əməliyyatlar aparmaq;
  • İş gününün başlanğıcında bank sistemində çap olunmuş çıxarışları yoxlamaq, ilkin sənədlərin sürətlərini çıxarıb müştərilərin qovluqlarına tikmək;
  • İş gününün sonunda əməliyyatlar başa çatdıqdan sonra müştərilərin hesablarının qalıqlarını yoxlamaq.

 

Tələb olunan səriştələr:

  • Ünsiyyət bacarığı;
  • Analitik düşüncə və təhlil qabiliyyəti;
  • Komandada işləmək bacarığı.

 

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Azərbaycan və rus dillərində mükəmməl səviyyədə danışıq və yazı bacarığı (ingilis dili biliyi namizəd üçün əlavə üstünlük sayılır);
  • Bank sahəsində (Hüquqi şəxslərə xidmət istiqaməti üzrə)1-4 il iş təcrübəsi; 
  • Ofis proqramlarında sərbəst iş bacarığı. 

 

Bu iş sizə nələri qazandıracaq:

  • Bankın əməliyyat sahəsini dərindən öyrənmə və bankda inkişaf imkanları;
  • Regionun aparıcı Bankında özünü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
  • Adekvat əmək haqqı.

 

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini 19 Avqust 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ müştərilərə xidmət üzrə əməliyyatçı” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç