Korporativ müştəri xidmətində mütəxəssis | Banco.az
AFB Bank

Korporativ müştəri xidmətində mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Korporativ müştəri xidmətində mütəxəssis vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Korporativ müştəri xidmətində mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);

• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;

• Sahəyə aid olan qayda və normativləri bilmək;

• Yaxşı ünsiyyət bacarıqları;

• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;

• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;

• Komandada işləmək bacarığı.

 

İŞİN TƏSVİRİ:

• Yeni korporativ müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq;

• Bankın kredit və qeyri-kredit məhsullarının satışını təşkil etmək;

• Korporativ müştərilərə Bank xidmətlərini təklif etmək;

• Korporativ müştəriləri bank məhsulları, tariflər və digər xidmətlər barədə məlumatlandırmaq;

• Müştərilərdən ödəniş tapşırıqları və digər sərəncamları müvafiq qaydada qəbulu və icrası.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Korporativ müştəri xidmətində mütəxəssis qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et