Korporativ müştəri təmsilçisi | Banco.az
AFB Bank

Korporativ müştəri təmsilçisi

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Müştəri əlaqələri şöbəsinin korporativ müştəri təmsilçisi vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Korporativ müştəri təmsilçisi 


İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı və Gəncə şəhərləri

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);

• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;

• Sahəyə aid olan qayda və normativləri bilmək;

• Maliyyə və kredit analizi bilikləri;

• Yaxşı ünsiyyət bacarıqları;

• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dili bilənlərə üstünlük verilir;

• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;

• Komandada işləmək bacarığı.

 

İŞİN TƏSVİRİ:

• Yeni korporativ müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq və cəlb olunmuş müştərilərin filiallara yönləndirilməsi;

• Bankın kredit və qeyri-kredit məhsullarının satışını təşkil etmək;

• Cari müştərilərə çarpaz satışların təşkil edilməsi;

• Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilinin aparılmasını təmin etmək.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ müştəri təmsilçisi qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et