Korporativ Maliyyə şöbəsinin Rəhbəri | Banco.az

Korporativ Maliyyə şöbəsinin Rəhbəri

Vakansiya haqqında məlumat: 

PAŞA Sığorta şirkəti Maliyyə Departamentində Korporativ Maliyyə şöbəsinin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir

Əsas öhdəliklər

• Hesabatlılıq prosesinin düzgün işləməsini təmin etmək;
• Büdcə planlaşdırılması və nəzarəti işlərini aparmaq və təkmilləşdirmək;
• Məhsullar, maliyyə nəticələri, sığorta bazarı haqqında və digər maliyyə təhlilləri  aparmaq və təkliflər vermək;
• Tabeliyində olan komandanın peşəkar inkişafını təmin etmək;
• Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və maliyyə hesabatlarının beynəlxalq standartlarına cavab verən şəkildə icra etmək;
• Daxili hesabat sisteminin inkişaf prosesinə töhfə vermək və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olmaq;

Tələb olunan biliklər və bacarıqlar

• Maliyyə/İqtisadiyyat istiqamətləri üzrə ali təhsil (xarici təhsili olanlara üstünlük verilir);
• Maliyyə sahəsində minimum 3 illik iş təcrübəsi; 
• MHBS bilikləri;      
• Microsoft (MS) Office proqramları, Excel və analoji proqramların mükəmməl bilik səviyyəsi; 
• Maliyyə modellərinin qurulması təcrübəsi;
• Yaxşı səviyyədə azərbaycan və ingilis dilı biliyi; 
• Analitik təhlillər aparma bacarığı;
• Təqdimat bacarığı;
• Təşəbbüskarlıq;
• Liderlik keyfiyyətləri. 

Vakansiya üzrə son müraciət tarixi: 30 iyul 2016-ci il

Xahiş edirik vəzifəni “subject” sətirində qeyd edin və CV-nizi [email protected] elektron ünvanına göndərin.

Şirkət: 
PASHA Insurance

Ən sərfəli krediti almaq üçün müraciət et