“Korporativ Hüquqşünas” təcrübə proqramı | Banco.az
Kapital Bank

“Korporativ Hüquqşünas” təcrübə proqramı

Vakansiya haqqında məlumat: 

 

Hüquq fakültəsinin 4-cü kurs və magistratura pilləsinin tələbələrinin diqqətinə!

Gələcək karyeranızı ölkənin Birinci bankında qurmaq, peşəkar hüquqşünaslardan ibarət komandamızdan öyrənmək, geniş təcrübə toplamaq istəyirsinizsə,  Kapital Bank-ın elan etdiyi “Korporativ Hüquqşünas” proqramına mütləq qoşulun!

 

Bu proqramda kimləri görmək istəyirik?

  • Hüquq sahəsi üzrə yüksək nəzəri bilikləri olan gəncləri
  • Peşəkar karyerasını bankın Korporativ hüquq sahəsində qurmaq istəyən gələcək hüquqşünasları

Nə üçün bu proqrama müraciət etməlisiniz?

  • Təcrübə proqramı müddətində təqaüd alacaqsınız
  • Təcrübənin uğurlu nəticəsində işlə təmin olunacaqsınız

Proqrama qoşulmaq üçün CV – lərinizi mövzu hissəsində “Korporativ Hüquqşünas” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et