Korporativ Hüquqşünas | Banco.az
Unibank

Korporativ Hüquqşünas

Vakansiya haqqında məlumat: 

Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: Hüquq /Bank
Vəzifə :  Korporativ Hüquqşünas
Müqavilə şərtləri: Daimi

Bank haqqında

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik.  Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank,  bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.

Başlıca öhdəliklər və məsuliyyətlər

• Təqdim olunan müqavilələrin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını keçirmək,digər hüquqi sənəd layihələrinə dair rəy vermək; 
• Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;
• Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
• Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil 

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

 Namizədin Profili

• Ali hüquqi təhsil.
• Korporativ hüquq sahəsində hüquqşünas kimi ən azı 1 il iş təcrübəsi; 
• Mülki, həmçinin bank qanunvericilyi sahəsində mükəmməl biliklərə sahib olmaq;
• MS Office proqramlarından istifadə etmə bacarığı; 
• Azərbaycan və İngilis dillərində səlis nitq və yazışma aparma qabiliyyəti, Rus dilini bilinlərə üstünlük veriləcəkdir;
• Professional etika və müsbət şəxsi keyfiyyətlər;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Məsuliyyətlilik;
• Ünsiyyət qurmaq bacarığı;
• Sərbəst işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Korporativ Hüquqşünas) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et