Korporativ hüquq şöbəsinin rəisi | Banco.az
AFB Bank

Korporativ hüquq şöbəsinin rəisi

Vakansiya haqqında məlumat: 

AFB Bank Hüquq departamentində korporativ hüquq şöbəsinin rəisi vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Korporativ hüquq şöbəsinin rəisi      

 

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Ali hüquqi təhsil;

• Mülki, bank və əmək qanunvericiliyi sahəsində biliyin olması;

• Rəhbər vəzifədə azı 3 il iş təcrübəsi;

• Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri, İngilis dili arzu olunandır;

• MS Ofis proqramlarından mükəmməl istifadə bacarığı;

• Bank təcrübəsi olanlara üstünlük verilir.

 

İŞİN TƏSVİRİ:

• Məhkəmə və digər dövlət orqanlarında Bankın hüquqlarını və qanuni maraqlarını

   müdafiə etmək;

• Kontragentlərlə, o cümlədən xarici kontragentlərlə bağlanan müqavilələri ekspertiza

   etmək və rəy vermək;

• Bankın fəaliyyəti zamanı yaranan hüquqi məsələləri qüvvədə olan  

   qanunvericiliyə uyğun həll etmək, müqavilə və digər normativ xarakterli sənədlərə dair  

   hüquqi rəy vermək, normativ-hüquqi aktların düzgün tətbiq edilməsini təmin etmək;

• Bankın fəaliyyətini tənzimləyən daxili qayda və təlimatları qiymətləndirmək,

   təkmilləşdirilməsinə dair təkliflər vermək, layihələrin hazırlanmasında iştirak etmək;

• Bankın təklif etdiyi məhsul və xidmətlər üzrə müqavilələrin layihəsini hazırlamaq.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ hüquq şöbəsinin rəisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et