Korporativ biznesin təhlili və hesabatlıq şöbəsinə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis | Banco.az
ABB

Korporativ biznesin təhlili və hesabatlıq şöbəsinə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC Korporativ biznesin təhlili və hesabatlıq şöbəsinə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis vakansiyaları elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankınınyaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 

Vəzifə öhdəlikləri:

  • Korporativ biznesin təhlili məqsədilə mövcud əməliyyatlar üzrə toplanmış statistik məlumatlar əsasında müxtəlif analitik hesabatların yaradılması və təqdimatların hazırlanması;
  • Mövcud korporativ müştərilərin Bankla əməkdaşlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə səmərəlilik göstəriciləri (dövriyyə, cari hesablar üzrə orta qalıq, gəlirlilik və s.) barədə məlumatların (hesabatların) hazırlanması;
  • Müştərilərin kredit və balansdankənar öhdəliklərinə dair hesabatların yaradılması;
  • Kredit və balansdankənar öhdəliklər üzrə ödənişlərin izlənilməsi;
  • Korporativ biznesin inkişafı departamentinin fəaliyyətinə dair hesabatların və təqdimatların hazırlanması.

Vakant vəzifə üzrə tələblər:

  • Sahə üzrə minimum 1 il iş stajı;
  • Ali iqtisadi təhsil;
  • "Excel" (VBA), "PL SQL"  və "Business İnteligence" hesabatlıq sisteminıdə işləmə bacarığı;
  • CRM proqramlarında işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Hesabatlarlavə statistik məlumatlarla işləmə bacarığı;
  • Komandada işləmək bacarığı.

 

Bu iş sizə nələri qazandıracaq:

  • Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
  • Adekvat əmək haqqı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  19 avqust 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Korporativ biznesin təhlili və hesabatlıq üzrə namizəd” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et