Korporativ bankçılıq şöbəsinin baş mütəxəssisi | Banco.az
Bank BTB

Korporativ bankçılıq şöbəsinin baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

İş barədə məlumat

  • Korporativ sahə üzrə məhsul və xidmətlərin satışı;
  • Korporativ satışlar barədə mütəmadi təhlillərin aparılması, müvafiq hesabat və təkliflərin hazırlanması;
  • Korporativ sahə üzrə satış standartlarının, onlara əlavə və dəyişikliklərin və digər əlaqədar layihələrin hazırlanması, müvafiq təsdiqdən sonra bütün satış şəbəkəsi işçilərini, habelə digər aidiyyəti işçilərin məlumatlandırılması;
  • Mütəmadi olaraq, korporativ müştərilərlə görüşün təşkil olunmasıı və xidmətin keyfiyyəti barədə rəylərin öyrənilməsi;
  • Bankın satış şəbəkəsinə yeni müştərilərin cəlbedilməsi işində satış strukturlarına dəstək olunması ;
  • Bankın satış fəaliyyəti üçün əhəmiyyət kəsb edə biləcək biznes inkişafı istiqamətli layihələrinin hazırlanması və tətbiqində yaxından iştirakı.

Namizədə tələblər

  • ali iqtisadi və ya biznes sahəsi üzrə təhsil;
  • ən azı 2 il müştəri xidməti sahəsində bank təcrübəsi;
  • Azərbaycan, Rus və İngilis dilləri;
  • ünsiyyətqurma bacarığı;
  • satış bacarığı;
  • analitik bacarıq;
  • yaradıcılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Korporativ bankçılıq şöbəsinin baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç