Kopirayter – kontent menecer | Banco.az
Kapital Bank

Kopirayter – kontent menecer

Vakansiya haqqında məlumat: 

Kapital Bank namizədləri Kopirayter – kontent menecer vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

  • Bankın korporativ saytının və bankın məhsullarına dair saytların məzmununun (kontentinin) vaxtlı-vaxtında hazırlanması və yenilənməsinin həyata keçirilməsi;  
  • Sayt və sosial şəbəkələr üçün hazırlanmış mətnlərin yazılması (kopiraytinq);
  • Sayt və sosial şəbəkələr üçün vaxtaşırı kreativ həllərin təqdim edilməsi və tətbiqi, bu sahədə işləyən şirkətlərlə görüşlərin keçirilməsi;
  • Həyata keçirilmiş aksiyalarla bağlı hesabatların təqdim edilməsi.

Tələblər:

  • Ali humanitar (Jurnalistika və bənzəriixtisas üzrə) təhsil;
  • Reklam sahəsində, sosial şəbəkələrin idarəedilməsi, saytlarla iş sahəsində ən azı 3 il təcrübə;
  • Yüksək yazı qabiliyyəti;
  • Azərbaycan və rus dillərin sərbəst biliyi, İngilis dilinin biliyi arzuolunandır;
  • MS Office proqramları üzrə dərin biliklər;
  • Reklam bazarı haqda məlumatlı olmaq;
  • İnternet və sosial şəbəkələrlə bağlı  məlumatlılıq;
  • Ünsiyyətcillik;
  • Təşəbbüskarlıq və kreativlik;
  • Analitik təfəkkürə malik olma;
  • Komandada işləmək bacarığı;
  • Stressə davamlılıq;
  • Müasir  texnologiyalara bələdlik;
  • Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirməyə meyllilik.

Şirkət təklif edir:

  • Peşəkar və dinamik komandada maraqlı iş;
  • Peşəkar inkişaf;
  • Əmək haqqının ləyaqətli səviyyəsi;
  • Peşəkar və mehriban kollektiv.

Müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Ən sərfəli krediti almaq üçün müraciət et