Kiçik və Orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsi üzrə Mütəxəssis | Banco.az
Beynəlxalq Bank

Kiçik və Orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsi üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC Bakı, Sumqayıt, Quba, Zaqatala, Şirvan şəhərlərində yerləşən filliallarına Kiçik və Orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsi üzrə Mütəxəssis, Aparıcı mütəxəssis və Baş mütəxəssis vakansiyaları elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 

 Vəzifə öhdəlikləri:

  • Kiçik və orta sahibkarlıq kateqoriyasına aid müştərilərin kredit sifarişlərinin qəbul edilməsi və təhlili;
  • Eyni kateqoriyaya aid yeni müştərilərin cəlb edilməsi;
  • Müştərilərin biznesləri ilə tanışlıq məqsədi ilə biznes ünvanlarına səfər etmək;
  • Eyni kateqoriyaya aid kredit portfelinin idarə edilməsi.

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Vakant vəzifə üzrə tələblər:

  • Ali iqtisadi təhsil;
  • Maliyyə təhlili və bank qanunvericiliyi ilə bağlı biliklərin olması; 
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti.

 

Bu iş sizə nələri qazandıracaq:

  • Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
  • Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  20 Fevral 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının (Şəhər adı) Kiçik və Orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsi üzrə namizəd” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Əlavə məlumat üçün: www.ibar.az

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç