Kiçik mühasib (Baş ofis) | Banco.az
FINCA Azerbaijan

Kiçik mühasib (Baş ofis)

Vakansiya haqqında məlumat: 

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üçün KİÇİK MÜHASİB  vəzifəsinə işçi axtarışı elan edir. Kiçik Mühasib təhkim olunmuş ərazi üzrə qüvvədə olan maliyyə təlimat və qaydalarının həyata keçirilməsini təmin edir və maliyyə şöbəsinin digər üzvləri ilə birlikdə çalışaraq bütün maliyyə fəaliyyətini səmərəli şəkildə yerinə yetirir.
“FINCA Azerbaijan” Azərbaycan üzrə 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.

KİÇİK MÜHASİB vəzifəsi üçün tələb olunanlar:

  • Ali təhsil və/ yaxud maliyyə və ya mühasibatlıq təhsili üzrə sertifikat;
  • Ən az iki il müsahibatlıq üzrə iş təcrübəsi və Beynəlxalq Mühasibatlıq standartlarını bilməsi arzuolunandır
  • MS Office proqramları, xüsusilə MS Excel proqramı üzrə güclü biliklər;
  • Mükəmməl Azərbaycan dili, istifadə dərəcəsində ingilis dili bilikləri;
  • Əla ünsiyyət bacarıqları;
  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirməyə meyllilik.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 03 Avqust 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№463/14) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.  
Tel: (012) 596 33 85\86\87;

“FINCA Azerbaijan”  haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et