Kassir (Xəzinədar) | Banco.az
Azkredit

Kassir (Xəzinədar)

Vakansiya haqqında məlumat: 

AzərKredit hazırda Ağcabədi filialına Kassir (Xəzinədar) vəzifəsi üzrə işçi qəbulu elan edir. 

Əsas vəzifə və öhdəlikləri:

  • AzərKreditin fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
  • Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
  • Bütün kassa çekləri və digər mühüm sənədləri izləmək və nəzarətdə saxlamaq;
  • Müştərilər, təşkilatın işçiləri və digərləri tərəfindən nağd pul və digər vəsaitlərin, təsdiqedici sənədlər və mədaxil/məxaric orderləri əsasında filialın xəzinəsinə daxil/xaric etmək;
  • Gündəlik olaraq MİS (Menecment İnformasiya Sistemi) proqramına xəzinə üzrə nağd pulun hərəkəti barəsində informasiyanı daxil etmək və uyğunsuzluqlar barəsində dərhal filialın menecerinə hesabat vermək;
  • Təşkilat-daxili qaydalara uyğun olaraq xəzinə limitinə riayət etmək (maksimum və minimum nağd pul);
  • Saxta banknotların müştərilərə verilməməsi və onlardan alınmamasını təmin etmək;
  • Günün bağlanması (end of day) hesabatlarını hazırlamaq və çap etmək;
  • Gündəlik xəzinə sayını etmək, xəzinə kitabında müvafiq qeydiyyatları aparmaq və təsdiq etmək;

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • İqtisadiyyat, mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ail təhsil;
  • Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
  • İqtisadi və maliyyə mövzuları üzrə yaxşı biliyə sahib olmaq;
  • Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
  • Müvafiq sahədə ən azı bir il iş təcrübəsinə malik olmaq;
  • Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
  • Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti; ingilis dilini bilənlərə üstünlük verilir;
  • İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
  • Əla ünsiyyət qurma bacarığı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;

Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 12 noyabr 2014-cü il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.

E-məktubunuzun mövzu hissəsində ‘Ağcabədi Kassir (Xəzinədar)’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et