Kassa bölməsinin kassiri (Ağcabədi) | Banco.az
Kapital Bank

Kassa bölməsinin kassiri (Ağcabədi)

Vakansiya haqqında məlumat: 

Öhdəliklər

  • Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən,o cümlədən əməliyyat aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
  • Əməliyyat gününün sonunda gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışla uzlaşdırılaraq balansa çıxılması;
  • Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq.

Tələblər

  • Ali təhsil (riyaziyyat, maliyyə və mühasibat arzuolunandır);
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi
  • Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər;
  • Mükəmməl Azərbaycan dili, istifadə dərəcəsində rus dilinin bilikləri;
  • Nəğd pulla intensiv işləmə bacarığı;
  • Mübadilə məntəqəsində iş bacarığı;
  • Gərgin iş qrafikində işləmək bacarığı;
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
  • İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı.


CV-lərinizi müraciət etdiyiniz rayon/şəhəri və "Ağcabədi-Kassir" başlığını qeyd etməklə [email protected] e-poçtuna göndərin!

Ən sərfəli krediti almaq üçün müraciət et