Kapital Bank
Kassa bölməsinin kassiri
Vakansiya haqqında məlumat:
Kapital Bank namizədləri aşağıdakı regional filiallara Kassa bölməsinin kassiri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Daşkəsən, Şəmkir
Öhdəliklər
- Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən,o cümlədən əməliyyat aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
- Əməliyyat gününün sonunda gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışla uzlaşdırılaraq balansa çıxılması;
- Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq.
Tələblər
- Ali təhsil (riyaziyyat, maliyyə və mühasibat arzuolunandır);
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
- MS Office (Word, Excel) proqramları üzrə biliklər;
- Mükəmməl Azərbaycan dili, istifadə dərəcəsində rus dilinin bilikləri;
- Nəğd pulla intensiv işləmə bacarığı;
- Mübadilə məntəqəsində iş bacarığı;
- Gərgin iş qrafikində işləmək bacarığı;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı.
CV-lərinizi müraciət etdiyiniz rayon/şəhəri və "Kassir" başlığını qeyd etməklə [email protected] e-poçtuna göndərin!