Kart məhsullarının və xidmətlərinin inkişafı şöbəsinin müdiri | Banco.az
Rabitəbank

Kart məhsullarının və xidmətlərinin inkişafı şöbəsinin müdiri

Vakansiya haqqında məlumat: 

       Vəzifəyə olan tələblər:

  • Ali təhsil
  • Adiyyatı iş üzrə 2-5 il iş təcrübəsi
  • Dil bilikləri (Azərbaycan,Rus və İngilis dilləri)
  • Komandada işləmək bacarığı;
  • Müştəri yönümlülük;
  • Ünsiyyət bacarıqları, təşəbbüskarlıq;
  • Yeniliklərə və dəyişiklikliyə açıq olmaq;
  • Analitik düşünmə bacarıqı ;
  • Marketing bacarıqlar.

Əsas vəzifələr:

  • Kart məhsullarının və xidmətlərinin yaradılması, modifikasiyası, satışı üzrə planların hazırlanmasını və istehsalını tənzimləmək;
  • Kart biznesinin innovativ məhsul və texnologiyalarını təqdim və tətbiq etmək;
  • Fərqli müştəri seqmentləri üçün nəzərdə tutulan kart biznesinə yönəlmiş kompleks məhsulları hazırlamaq və təqdim etmək;
  • Kart məhsullarının dəyərini artıraraq xərcləri optimallaşdırmaq. Risklər nəzərə alınaraq, əməliyyatlar həcmini artırmaq və davamlı gəliri təmin etmək;
  • Kart biznesi üzrə gəlir maddələrinin cari büdcə üzrə yerinə yetirilməsini təmin etmək;
  • Kart məhsulları və nəğdsiz hesablaşmalar  üzrə daxili və xarici bazarı daimi təhlil etmək, Biznes planlarını və təqdimatlarını hazırlamaq;
  • Kart biznesinə aid layihələr üzrə təhlil, sorğu və test işləri aparmaq, texniki tapşırıqlar hazırlamaq və biznes proseslərinin avtomatlaşdırılması üçün layihələri işləyib həyata keçirmək;
  • Kart məhsullarının satışı çərçivəsində yeni partnyorları axtarmaq və əməkdaşlığı qurmaq, yeni satış kanallarını müəyyən etmək, komissiya gəlirləri kanallarının genişləndirmək və kartların fərdi satış şərtlərini hazırlamaq;
  • Kart məhsulları və xidmətləri və onların satışı və təqdim edilmə texnologiyaları üzrə bank daxili seminar və treninqlər keçirmək;
  • Bank kartlarına aid marketinq, endirim və bonus proqlamlarının və bütün növ yenilik və dəyişikliklərin kart sahiblərinə çatdırılması üzrə işlər aparmaq;
  • Satış şəbəkəsi üçün, kart və kart məhsulları üzrə reklam və təlim materiallarını hazırlamaq.

Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə [email protected] -mail ünvanına göndərmələri və ya Rabitabankın saytında CV formasını dolduraraq müraciət etmələri xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et