Kadrlar şöbəsi – müdir | Banco.az

Kadrlar şöbəsi – müdir

Vakansiya haqqında məlumat: 

Tələblər:

  • Ali təhsil;
  • Məsuliyyətli olmalı;
  • Komandada işləmə bacarığı,
  • Ünsiyyət qurabilmə qabiliyyəti;
  • Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı
  • Kadrların idarəedilməsi sahəsində minimum 3 il iş təcrübəsi;

Əsas vəzifələr

  • Bankın strateji məqsədlərinin inkişafının həyata keçirilməsində iştirak etmək;
  • Bankın məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün kadr tələblərinin müəyyən edilməsində birbaşa iştirak etmək;
  • Bank üzrə potensial işçi mənbələrinin müəyyən edilməsi;
  • İşçilərin şəxsi işlərinin avtomatlaşdırılması və elektron arxivin yaradılması işinin təşkili;
  • İş təhlilinin aparılması və vəzifə təlimatlarının yazılması;
  • Vəzifələr üzrə əsas iş funksiyalarının müəyyən edilməsi və sənədləşdirilməsi;
  • İnsan Resurslarının hərəkəti barədə İdarə Heyətinin qərar, əmr və sərəncamlarının hazırlanması və onun icrasının təmin edilməsinə nəzarət;
  • Müvafiq dövlət idarələrinə və hesabat verilən təşkilatlara aylıq və illik hesabatın hazırlanmasına birbaşa nəzarətin həyata keçirilməsi;
  • Bankın məqsədlərinə nail olmaq üçün lazım olan bilik və bacarıqları inkişaf etdirmək, iş prossesində ortaya çıxan problemlərinin  həllinə kömək göstərmək;
  • Yüksək göstəriciləri olan işçilərin bankda qalmasını nizamlayan, bankın məqsədlərinə nail olmasını dəstəkləyən və yüksək effektivliyi təmin edən müavinat və mükafatlar sistemini yaradılması;
  • Əmək haqqı üzrə tabellərin hazırlanmasına nəzarət etmək;
  • İşdən azad etmə və vəzifə dəyişmənin işçilərə olan neqativ təsirini nəzərə alaraq onun peşəkar, ədalətli və işçiyə və kollektivə mümkün qədər az təsir göstərən idarə olunması ƏM çərçivəsində təmin edilməsi;

CV-ləri Kadrlar şöbəsi - müdir  mövzusu ilə vakansiya@parabank.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

 

Ən sərfəli krediti almaq üçün müraciət et