İT texnik (Helpdesk) ( Şəki ) | Banco.az

İT texnik (Helpdesk) ( Şəki )

Vakansiya haqqında məlumat: 

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: İT texnik (Helpdesk)
İş yeri: Şəki rayonu
İş təcrübəsi: 1-3 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

İşin Təsviri: İT infrastruktur elementlərinin idarəedilməsi və onlara nəzarət.

Vəzifə öhdəlikləri:

- İT infrastruktur elementlərinin idarəedilməsi və onlara nəzarət;
- “Hardware” və “Software” sistemlərinin quraşdırılması;
- İT avadanlıqlarında olan nasazlıqların aradan qaldırılması.

Tələblər:

- Windows XP/WIN7/WIN8.1/WIN10;
- WIN server 2003/ 2008 R2 / 2012 R2/ 2016 idarə edilməsi, Active Directory, DNS, DHCP server, Routing and remote access, NAT, VPN, DHCP relay agent, Web server idarə edilməsi bacarığı olanlara üstünlük veriləcək;
- Kabellərin sonlandırılmasını bilməli (Fiber optik kabellərlə iş bacarığı olanlara üstünlük verilir);
- Analoq və İP kameraları ilə, DVR və NVR-ların quraşdırılması, sazlanması və idarəetmə bacarığı olmalı;
- Printerlərin və digər periferik qurğularla bağlı proqram səviyyəli nasazlıqlarının aradan qaldırılmasını bacarmalı;
- Rack kabinlərin yığılmasını bacarmalı;
- Analitik düşünmək və problemi qısa zamanda həll etmək bacarığı olmalı; 
- Məsafədən idarəetmə proqramları ilə işləmək bacarığı olmalı (remote service);
- Backup texnologiyaları biliyi olmalı;
- Şəxsi avtomobilin olması mütləqdir (istifadəçiyə ərazidə dəstək vermək üçün tələb olunur).

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərcləri qarşılanır;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük, 09:00-18:00

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İT texnik-Şəki (Helpdesk)” yazmaqla müraciət edilir.

Şirkət: 
Veysəloğlu Şirkətlər Qrupu

Ən sərfəli krediti almaq üçün müraciət et