İT Təhlükəsizliyi üzrə Mütəxəssis | Banco.az
Rabitəbank

İT Təhlükəsizliyi üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“Rabitabank” ASC  İT Təhlükəsizliyi üzrə Mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

 

Əsas vəzifələr:

  • Bankın informasiya bazalarına kənar şəxslərin müdaxiləsinin qarşısının alınması məqsədi ilə Baş Ofis və filiallarda monitorinq həyata keçirmək;
  • PaloAlto və Cisco ASA sistemlərində lazımı konfiqurasiyaların aparılması;
  • Siyasətin, eləcə də təqdim olunan çıxış hüquqları reyestrlərinin aktual vəziyyətdə saxlanılması;
  • Çıxışın təşkili zamanı pozuntuların vaxtında aşkarlanması və onların aradan qaldırılması üçün tədbirlərin görülməsi;
  • İT hadisələrinin mütəmadi müşahidəsinin həyata keçirilməsi, müşahidə nəticələrinin toplanması, analizi və ümumiləşdirilməsi;
  • Kritik İT hadisələrinin baş verdiyi halda İT insidentlərinə reaksiya verilməsinə görə məsul işçinin vaxtında məlumatlandırılmasının təmin edilməsi;
  • İT hadisəsi haqqında alınmış informasiyanın analizinin həyata keçirilməsi və onun təsnifatı;
  • Təsvir olunmuş reqlamentlərə müvafiq olaraq İT insidentlərinə vaxtında reaksiya verilməsinin təmin edilməsi;
  • İşçilərin İnformasiya təhlükəsizliyi sahəsində məlumatlandırılması ilə bağlı treyninqlərinin keçirilməsi.

Namizədə olan tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Məxfilik, diqqətlilik, analiz etmək qabiliyyəti;
  • Komanda tərkibində işləmə qabiliyyəti;
  • Qərarvermə və problem həlletmə qabiliyyəti;
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyətqurma qabiliyyəti.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İT Təhlükəsizliyi üzrə Mütəxəssis göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Ən sərfəli krediti almaq üçün müraciət et