İT Təhlükəsizlik Mütəxəssisi | Banco.az

İT Təhlükəsizlik Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: İT Təhlükəsizlik Mütəxəssisi
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 3 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

İşin Təsviri: Monitorinq və DLP sistemlərinə nəzarət olunması və istifadəçilərin hüquqlarının araşdırılması və təmin edilməsi.

Vəzifə öhdəlikləri:

- Müxtəlif informasiya texnologiyalarından istifadə zamanı yaranan təhlükəsizlik risklərini və baş verə biləcək təhlükələri bilmək və öncədən qarşısını almaq;
- İnformasiya hadisələrinin mütəmadi müşahidəsinin həyata keçirilməsi, müşahidə nəticələrinin toplanması, təhlili və ümumiləşdirilməsi.

Tələblər:

- İnformasiya sistemlərinin müdafiəsi üsullarını bilmək (aşağıdakı texnologiyalar daxil olmaqla: DLP, SIEM, Web Application Firewall, RADIUS, “Firewall”-lar (NGFW), Antivirus, Anti-Malware sistemləri, IPS/IDS,  Layer 2 və Layer 3 şəbəkə təhlükəsizliyi, E-mail təhlükəsizliyi sistemləri,  Monitorinq sistemləri) ;
- İnformasiya təhlükəsizliyi sahəsində standartlar və digər tələblər üzrə biliklərə və təcrübəyə malik olması;
- Analitik düşünmə qabiliyyəti, problemlərin effektiv həll olunması və ehtiyacların prioritetləşdirilərək müəyyən olunması;
- Ünsiyyət bacarıqları, komanda tərkibində işləmək qabilliyəti;
- Sistemin davamlı inkişaf etdirilməsi və öyrənilməsi yönümlü bacarıqları;
- İngilis və rus dillərində sahə üzrə terminoloji biliklərin olması.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Ümumi nəqliyyat xidməti;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük, 09:00 - 18:00

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İT Təhlükəsizlik Mütəxəssisi” yazmaqla müraciət edilir.

Şirkət: 
Veysəloğlu Şirkətlər Qrupu

Ən sərfəli krediti almaq üçün müraciət et