İT layihələrin idarəedilməsi şöbəsinin mütəxəssisi | Banco.az

İT layihələrin idarəedilməsi şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

İT layihələrin idarəedilməsi şöbəsinin mütəxəssisi

Namizədə tələblər

• Yaş həddi : 22-30
• Təhsil: Ali
• İş təcrübəsi:ən azı 1 il müvafiq sahə üzrə
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili ( arzuolunandır )
• SQL,C# və proqramlaşdırma dillərini bilməsi

Vəzifə öhdəlikləri

• Test mühitini yaratmaq
• Proqram təminatlarını test etmək və xətaları müəyyən etmək
• Texniki tapşırığı təhlil edib test ssenarilerini hazırlamaq və həyata keçirmək
• Test nəticələrini göstərən test hesabatları hazırlamaq
• Texniki sənədi təhli etmək, yazmaq və ya dəyişdirmək
• Birbaşa rəhbərin verdiyi xidməti tapşırıqları, göstərişləri keyfiyyətli və vaxtında yerinə yetirmək

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil 

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Sabit əmək haqqı 400 AZN

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq ) [email protected]  mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İT layihələrin idarəedilməsi şöbəsinin mütəxəssisi”  qeyd etmələri xahiş olunur.

Şirkət: 
Atəşgah Sığorta

Ən sərfəli krediti almaq üçün müraciət et