İT departamentinin Texniki Dəstək şöbəsinə Mütəxəssis/ Aparıcı mütəxəssis/ Baş mütəxəssis | Banco.az
Ziraat Bank Azərbaycan

İT departamentinin Texniki Dəstək şöbəsinə Mütəxəssis/ Aparıcı mütəxəssis/ Baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“Ziraat Bank Azərbaycan” ASC İT departamentinin Texniki Dəstək şöbəsinə

Mütəxəssis/ Aparıcı mütəxəssis/ Baş mütəxəssis vəzifələrinə işə dəvət edir

 

Vəzifəyə olan tələblər:

Texniki ali təhsil;

Şəbəkə texnologiyaları üzrə biliklər;

Virtual sistemlər: VMware Vcenter, ESXi üzrə işləmək bacarığı;

Microsoft texnologiyaları: Windows 7-8.1, Windows Server 2003/2008/2012 üzrə işləmək bacarığı;

Terminal Server, MS Active Directory, DNS, DHC, TMG, GP, WSUS, Mail üzrə işləmək bacarığı;

Ehtiyyat nüsxəsinin yaradılması: Symantec, Veeam Backup&Replication, Acronis üzrə işləmək bacarığı;

Antivirus sistemləri ilə işləmək bacarığı;

İnformasiya təhlükəsizliyi üzrə biliklər;

Rus və ingilis dili bilikləri arzuolunandır;

Müvafiq sahə üzrə 3 il təcrübə.   

 

Əsas vəzifələr:

Şəbəkə xidmətinin daim işlək vəziyyətdə olmasının təmin edilməsi;

Mərkəzləşdirilmiş şəbəkə avadanlıqları, təhlükəsizlik, əməliyyat, səsli və informasiya kommunikasiyaları sistemlərinin dəstəklənməsi;

Şəbəkəyə qoşulmuş kompüterlərin, məlumat bazasının təhlükəsizliyinin və daim işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi;

Elektron poçt ünvanlarının işlək vəziyyətdə olmasının təmin edilməsi;

Bankın struktur bölmələrinin idarəedici, məlumatlandırma və texnologiyalara dair xidmətlərlə təmin edilməsi;

Məlumatların təhlükəsizliyi və saxlanılmasının təmin edilməsi;

Məlumatların elektron arxivləşdirilməsi işinin təşkil edilməsi;

Server avadanlıqlarının administrasiyası və texniki dəstəklənməsi;

Virtual sistemlərin administrasiyası və texniki dəstəklənməsi;

Ehtiyyat nüsxələrinin yaradılması sistemlərinin administrasiyası;

Proqram təminatının monitorinqlərinin aparılması;

Sistem problemlərinin həlli və diaqnostikası;

Avadanlıqların quraşdırılması və sazlanması;

Dəyişikliklərin sənədləşdirilməsi.

Maaş:  1000 AZN – 1600 AZN

Ən sərfəli krediti almaq üçün müraciət et