İT Biznes Analiz Departamentinin Mütəxəssisi | Banco.az
AccessBank

İT Biznes Analiz Departamentinin Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Əsas vəzifələri:

  1.      Proqram təchizatının təhlili  və biznes tələblərin tədqiqi;
  2.      Reallaşmış məhsulların test prosesinin planlaşdırılması. Test-keyslərin bazasının yazılması və yaradılması(test ssenariləri);
  3.      Hazır məhsulda/Sistemdə səhvlərin mövcudluğunun aşkarlanması və tələblərə əsasən uyğunlaşdırılması;
  4.      Proqramlaşdırılmış məhsulların test prosesinin eləcə də onun nəticələrinin yazılı təsviri (sənədləşmə);
  5.      Məhsulun test nəticələrinin təhlili, həmçinin səhvlərin eyniləşdirilməsi və onların trekinq sistemində qeydiyyatı;
  6.      Qeydiyyatlaşdırılmış səhvlərin düzəlişlərinin mövcudluğunun trekinq sistemində monitorinqi.        

Namizədə olan tələblər:

  • Bankda  ən azı 2 illik iş təcrübəsi;
  • Yazılı İngilis dili - yaxşi səviyyədə. Danışıq orta səviyyadə;
  • Azərbaycan və Rus dilləri bilikləri (hər tərəfli) – mütləq yaxşı səviyyədə;
  • MS-Office (Excel, Word, PowerPoint, Visio) proqramları və elektron poçt-la sərbəst işləmək bacarığı;
  • Analitik qabiliyyətlərin mövcudluğu;
  • Hər cür detallara diqqətlilik;
  • Yeni texnologiyaların öyrənilməsi və sınamaq həvəsi;
  • Sistemdə zəif nöqtələrin (nöqsanların) aşkarlanması bacarığı;
  • Sistemdə/məhsulda olan çatışmazlıqların konstruktiv tənqid bacarığı;
  • Məsuliyyətli və rutin işin aparılması bacarığı.

 

 

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.

 

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et