İT auditor | Banco.az

İT auditor

Vakansiya haqqında məlumat: 

İşin təsviri:

Bu vəzifədə çalışan əməkdaş bankın texnoloji şəbəkəsinin daxili nəzarətinə məsul olacaqdır. Qeyd olunan istiqamət sistem şəbəkələrinin zəifliklərini, nöqsanlarını müəyyən etməkdən və təhlükəsizlik xətalarının qarşısını almaq üçün fəaliyyət planlarının hazırlanmasından ibarətdir. İT auditor daxili audit prosedurlarının tərtib olunmasına, icrasına və daxili audit hesabatlarının hazırlanmasına cavabdeh olacaqdır. 
İnformasiya texnologiyaları və audit sahəsində biliklərinə güvənənlər və İT audit təcrübəsini bank sektorunda davam etdirmək niyyətində olanlar bizə müraciət edə bilərlər.   

İşin təsviri:

 Audit Komitəsi tərəfindən təsdiq edilmiş illik plana əsasən Bankın funksional İT struktur bölmələrinin hərtərəfli auditinin aparılması; 
 Normativ-hüquqi aktların və bankdaxili qaydaların icrasının vəziyyətinin auditinin aparılması;  
 Risk ehtimalı ilə əlaqədar bank kapitalının qiymətləndirilməsi sisteminin yoxlanılması və qiymətləndirilməsinin aparılması və nəzarət edilməsi;
 Bütün növ bank əməliyyatları üzrə İT etibarlığının yoxlanılmasının təşkili;
 Elektron informasiya sistemləri və bank xidmətləri də daxil olmaqla, maliyyə və idarəedici informasiya sistemlərinin yoxlanılması və qiymətləndirilməsini təşkili;
 İT fəaliyyətlərin səmərəliliyinin və  effektivliyinin qiymətləndirilməsini aparılması; 
 Bankın fəaliyyətində istifadə edilən İT standartlarının tətbiqini qiymətləndirilməsi; 
 Bankda mövcud olan daxili nəzarət sistemlərinin adekvatlığını qiymətləndirilməsi;
 İT nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
 Audit zamanı aşkar edilmiş istisnalar və nöqsanlar haqda yekun qərar qəbul edilməsi üçün əlavə araşdırmalarının aparılması.

Namizədə qarşı tələblər:

 Kompyuter və informasiya sistemlərinin idarəedilməsi sahəsində bakalavr dərəcəsinin olması (CİSA arzu olunandır);
 Azərbaycan mükəmməl, rus və ingilis dillərinində biliklər üstünlük hesab olunur; 
 İT sahəsində ən azı 2 il iş təcrübəsinin olması;
 Yaxşı səviyyədə Əməliyyat Sistemləri, Microsoft Office, SQL, PL/SQL, Oracle Database bilik və təcrübəsinin
olması;
 İşində dəqiq, mühitə tez uyğunlaşan, səmimi, işində planlı və səliqəli kimi bacarıqlara sahib olması;
 Bank işini tənzimləyən qanunvericilik  və Mərkəzi Bankın normatıv sənədlərinin tələbləri ilə yaxından tanış olmalı;   
 Daim təşəbbüskar, davamlı, müstəqil və qərəzsiz fəaliyyət göstərməli;
 Bank sirri təşkil edən məlumatların məxfiliyini  qoruyub saxlamalı. 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26.04.2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İT auditor” göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et