İstehlak kreditləri bölməsinin Baş mütəxəssisi | Banco.az
Bank BTB

İstehlak kreditləri bölməsinin Baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Bank “BTB” ASC Kredit şöbəsinin İstehlak kreditləri bölməsinin Baş mütəxəssisi

 

2010-cu ildə təsis edilmiş  Bank “BTB” ASC  hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC  öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

 

Kredit şöbəsinin İstehlak kreditləri bölməsinin Baş mütəxəssisi

 

İş barədə məlumat:

  • Bankın bütün müştərilərini yeni və mövcud istehlak kredit məhsulları ilə tanış edir;
  • Fəaliyyət göstərdiyi ərazidə bankın kredit məhsullarının təşviqatını aparır;
  • İstehlak krediti məhsullarının mövcud qaydalar və şərtlər çərçivəsində satışını həyata keçirir;
  • Kredit sifarişlərini qəbul edir, bankdaxili qaydalara uyğun olaraq, onları qiymətləndirir, sifarişləri hazırlayır və kreditlərin ödənişlərinə nəzarət edir;
  • Bankdaxili qaydalara və kreditlərin şərtlərinə əsasən kreditlərin monitorinqlərini aparır;
  • Filial müdirinin və Kredit şöbəsinin rəhbərinin kredit məhsullarının satışı və kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması üzrə ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.

 

Namizədə tələblər:

  • Ali iqtisadi təhsil;
  • 2 il iş təcrübəsi;
  • Ünsiyyət qurma bacarığı;
  • Təqdimetmə və satış bacarığı;
  • Monitorinq və nəzarət etmə bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 15  İyul, 2019-cu il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Kredit şöbəsinin İstehlak kreditləri bölməsinin Baş mütəxəssisi göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et