İşlər İdarəsinin Metodologiya şöbəsinin mütəxəssisi | Banco.az
Xalq Bank

İşlər İdarəsinin Metodologiya şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Vəzifə:  Bankın İşlər İdarəsinin Metodologiya şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Ünvan: Bakı şəhəri, Inşaatçılar prospekti, 22L, AZ1006

Namizədə dair tələblər:

• Ali magistr təhsili (iqtisadi və ya hüquqi təhsil arzu olunandır);
• Kredit təşkilatlarında minimum 1 il iş stajı (bank təcrübəsi olanlara üstünlük veriləcəkdir);
• Azərbaycan Respublikasının Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatasının bank fəaliyyətinin tənzimlənməsinə dair normativ xarakterli aktları sahəsində biliklər;
• Analitik düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşmaq qabiliyyəti;
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• MS Office məhsulları üzrə bilik və vərdişlər, (xüsusi ilə “Word”);
• Xarici dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir.

İşin təsviri:

• Bank məhsullarını və biznes prosesləri tənzimləyən reqlament aktlarının hazırlanması;
• Bankın yeni və mövcud normativ aktlarının qanunvericiliyin tələblərinə uyğunluğunun ekspertizası;
• Bank məhsullarının və xidmətlərinin təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanması.

QEYD:

Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E - mail:   [email protected]
Telefon:   (012) 404 43 39
Faks:        (012) 404 43 34

Ən sərfəli krediti almaq üçün müraciət et