İşə qəbul və seçmə şöbəsinə mütəxəssis | Banco.az

İşə qəbul və seçmə şöbəsinə mütəxəssis

Vakansiya haqqında məlumat: 

İşin təsviri:

• Açıq olan vakansiyaların bankdaxili və bankxarici elana hazırlanılması və yerləşdirilməsi;
• İşəqəbul prosesi zamanı arxivləşdirmə və sənədləşmə əməliyyatlarının aparılması;
• Namizədlər bazasının daim yenilənməsi;
• Vakansiyalara uyğun namizədlərin seçilməsi, ilkin müsahibələrin təşkil edilməsi, müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
• Testlərlə bağlı olaraq lazımı sənədləşmə və qeydiyyata alma prosesinin idarə olunması;
• İşəqəbul  kanallarının idarəolunması və müasir metodların tətbiqinin həyata keçirilməsi;
• İşəqəbul layihələrində təşkilati işin həyata keçirilməsi;
• İlkin işəqəbul müsahibələri ilə bağlı nəticələrin hazırlanması;
• Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
• Yeni işçilərin rəsmi qeydiyyata alınması, sınaq müddətlərinin izlənilməsi;
• Rəhbərlik təfərindən təyin olunmuş digər vəzifələrin yerinə yetirilməsi.

Namizədə qarşı tələblər:

• İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsilinin olması;
• Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
• Müvafiq sahədə minimum iş təcrübəsi 1 il olmalı;
• Stres altında işləməyi bacarmalı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Komandada işləmək qabiliyyətinə və ruhuna sahib olmalı;
• Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
• MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
• Dinləmə, nəticə yönümlülük, məxfilik, marketinq bacarığı, hədəf yönümlülük, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, sürət, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarının olması;
• Regionalara intensiv işgüzar səfərə getmək imkanının olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını 25 may 2015-ci il tarixədək   [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İşə qəbul və seçmə şöbəsinə mütəxəssis” göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et