İşçi yığımı üzrə mütəxəssis | Banco.az

İşçi yığımı üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 «Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik! 

İşçi yığımı üzrə mütəxəssis

Namizədə tələblər

• Bəy və xanım namizədlər 
• Təhsil: Ali
• Yaş: 25-35 
• Dil bilikləri:Azərbaycan dili (əla) ,Rus dili (əla) ,Ingilis dili (arzuolunandır)
• MS Office (Word, Excel,PowerPoint) proqramı ilə işləmək bacarığı

Şəxsi keyfiyyətlər 

• Yüksək ünsiyyət və təqdimat bacarığı
• Yaradıcı və analitik düşüncə tərzi
• Məsuliyyətli, məqsədyönlü, operativ və təşəbbüskar olmaq
• Dəqiq və intizamlı iş yanaşması

 Əsas vəzifə və öhdəliklər:

• Sığorta məsləhətçilərinin yığımı üzrə Bakı şəhəri  və regionlarda namizədlərin axtarışı,seçimi, öyrədilməsi 
• Regionlar üzrə aktual vakansiyalara namizədlərin axtarışı, seçimi, işə qəbulu və adaptasiyası,regionlara ezamiyyə
• Partnyorluq layihələri üzrə partyor məntəqələrə namizədlərin axtarışı, seçimi və işə qəbulu 
• Müvafiq testlərin hazırlanması və tətbiq olunması
• Kadr bazasının qurulması
• Prosedurların hazırlamasında köməklik göstərmək 
• Yeni işçilərinin adaptasiyasına prosedur üzrə nazərət etmək
• Şöbəyə aid yeni layihələri həyata keçirmək
• Birbaşa rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirmək

 İş şərtləri:

• Əmək müqaviləsi bağlanılır
• İş yeri: Baş Ofis
• İş vaxtı: 5 iş günü, 09:00-18:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsasında bildiriləcək


Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İşçi yığımı üzrə mütəxəssis ” qeyd etmələri xahiş olunur.

Şirkət: 
Ateshgah Sigorta

Ən sərfəli krediti almaq üçün müraciət et