İpoteka kreditləri üzrə mütəxəssis | Banco.az
TBC Kredit

İpoteka kreditləri üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

TBC Kredit - Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.

İşəgötürən olaraq TBC Kredit peşəkarlar komandası yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır.
Hazırda TBC Kredit  BOKT İpoteka kreditləri üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

Tələblər:

  • İqtisadiyyat, və ya maliyyə-kredit sahəsində ali təhsil
  • İpoteka kreditləşməsi sahəsində ən azı bir il iş təcrübəsi
  • Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
  • İngilis və rus dilindən müəyyən səviyyədə biliklərə malik olma

Öhdəliklər:

  • Müştəri cəlb etmə bacarığı
  • Kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı
  • Prosedur qaydaları ilə tələb olunduğu kimi kredit portfelinin yüksək keyfiyyətini saxlamaq
  • Kredit məhsulları üzrə xidmətlər və onların monitorinqi
  • Kredit müraciətlərinin qiymətləndirilməsi və analizi qabiliyyəti

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-ləri 15 iyul 2015-ci il tarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim etsinlər.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (İpoteka kreditləri üzrə mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Vəzifələr: 

  

Ən sərfəli krediti almaq üçün müraciət et