İOS/Android proqramlaşdırılması üzrə Mütəxəssis | Banco.az
Unibank

İOS/Android proqramlaşdırılması üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

Şirkətin adı: Unibank KB

Yerləşmə: Bakı

Sektor: İnformasiya Kommunikasiya Texnologiyaları/Bank

Vəzifə : İOS/Android proqramlaşdırılması üzrə Mütəxəssis

Departament: Proqramlaşdırmadepartamenti

Müqavilə şərtləri: Daimi

Bank haqqında

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik.  Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank,  bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.

Başlıca öhdəliklər və məsuliyyətlər

  • iOS / Android platformalar üçün applicationların hazırlanması və dəstəyi

 Namizədin Profili

  • Ali təhsil
  • Rus və Azərbaycan dilləri üzrə mükəmməl, ingilis dili üzrə orta səviyyədə biliklər (sənədləri oxuyub başa düşəcək səviyyədə)
  • JAVA EEiləminimum 2 il iş təcrübəsi (Android Developement)
  • XCODE ilə minimum 2 il iş təcrübəsi (iOS Developement)
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı
  • Məsuliyyətlilik
  • Ünsiyyət bacarığı
  • CV-də mütləq şəkildə yaratdığı application-lar əks olunmalıdır

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə 18.06.2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində(İOS/Android proqramlaşdırılması üzrə Mütəxəssis)göstərməyiniz xahiş olunur. 

Ən sərfəli krediti almaq üçün müraciət et