İnzibati İşlər üzrə Köməkçi (Yardımlı) | Banco.az
Azkredit

İnzibati İşlər üzrə Köməkçi (Yardımlı)

Vakansiya haqqında məlumat: 

“Vijn Fond AzərKredit” MMC Yardımlı şəhərində yeni açılacaq Yardımlı filialına İnzibati İşlər üzrə Köməkçi vəzifəsinə işçi qəbulunu elan edir.

Vijn Fond AzərKredit MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük mikro-kredit təşkilatlarından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosfer, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə qoyur. AzərKredit hazırda Yardımlı filialıına İnzibati İşlər üzrə Köməkçi vəzifəsi üzrə işçi qəbulunu elan edir. Xanım namizədləri aktiv olmağa çağırırıq.

Əsas vəzifə və öhdəlikləri:

  • AzərKreditin fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
  • Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
  • Telefon və faksla vasitəsilə aparılan əlaqələndirmə işlərini həyata keçirilməsi;
  • Müştərilərin məlumat bazasının işlənməsi (müştərilərə aid məlumatı siyahıya daxil edir, düzgün məlumatlandırma üçün məlumat bazasını saxlayır, təşkil edir və yeniləyir), sistemləşdirmə (filial sənədlərinin sistemləşdirilməsini təşkil edir və saxlayır), əlaqələr (nəzakətli və təcrübi tərzdə bütün daxil olan zənglərə cavab verir, filialın bütün aidiyyatı işçi heyətinə telefon mesajları yazır və göndərir, məxfiliyə riayət edir, faksla sənədləri aidiyyatı işçi heyətə göndərir və qəbul edir) işlərinin yerinə yetirilməsi;
  • İşə davamiyyət cədvəlini və tələb olunan digər hesabatları hazırlanması;
  • Müştəri məlumatlarının və şöbə sənədlərinin qovluqlarda saxlanılması;
  • Ofis təchizatının idarə edilməsi (bütün tələb olunan ofis təchizatları üçün ödəniş tələbnaməsini doldurur, artıq xərc çəkmədən təchizatı alır və ofisi təmin edir) kimi sistemlərini təşkil edilməsi, inkişaf və idarə edilməsi;

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Ali təhsil;
  • Azərbaycan dilində şifahi və yazılı olaraq yaxşı əlaqələr qurma qabiliyyəti;
  • İngilis dilini bilənlərə üstünlük verilir;
  • Word, Excel və Database proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
  • Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
  • İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;

Yuxarıdakı tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, işəqəbul anketlərini dolduraraq 31 iyul 2014-cü il tarixinədək AzərKredit Masallı ofisinə (H. Əliyev prospekti .

Telefon və Faks: (+994 25) 215 19 26) təqdim etsinlər və ya aşağıdakı e-ünvana göndərsinlər.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya Masallı ofisindən əldə edə bilərsiniz.

Müraciət etdiyiniz vəzifənin adını ərizənizdə və məktubunuzun mövzu hissəsində göstərin (Yardımlı filialına İnzibati işlər üzrə köməkçi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işəqəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected];
Faks: (012) 597 30 39

Ən sərfəli krediti almaq üçün müraciət et