İnzibati işlər üzrə Köməkçi | Banco.az

İnzibati işlər üzrə Köməkçi

Vakansiya haqqında məlumat: 

 

İnzibati işlər üzrə Köməkçi vəzifəsinə dair vakansiya elanı

 

“Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) ictimai birliyi 2004-cü ildən Azərbaycanda fəaliyyət göstərir. AMFA üzvlük əsaslı biznes assosiasiyasıdır və hazırda 26 üzvü var. Azərbaycan Mikromaliyyə Assosasiyası Inzibati Işlər üzrə Köməkçi vəzifəsinə işçi qəbulu elan edir.

 

Əsas Vəzifə öhdəlikləri və Vəzifələr daxilində Faəliyyətlər:

 

V.1. Assosiasiyanın gündəlik fəaliyyətinin effektiv, müasir tələblərə cavab verən səviyyədə və düzgün qaydada olmasını təmin etmək üçün inzibati dəstək göstərmək:

  1. Ofis fayllarını saxlamaq;
  2. Poçtla göndərilən məktub və bağlamaları açmaq və paylamaq;
  3. Lazımi avadanlıqların satın alınması, eləcə də ofis avadanlıqlarına texniki xidmətin göstərilməsi və onların təmirini yönləndirmək. 

 

V.2. İşləri yerinə yetirmək və ya effektiv qərarlar qəbul etmək üçün rəhbərlik və işçi heyətin zəruri resurslarla təchiz olunmasını təmin etmək məqsədilə onlara dəstək göstərmək:

  1. Qeydiyyat sənədləri və faylların məxfiliyini qorumaq;
  2. Menecerlər üçün yazışmaları hazırlamaq;
  3. Görüşləri təşkil etmək;
  4. Görüşün gündəliyinə əsasən materialları hazırlamaq;
  5. Görüşlərlə əlaqədar əlavə paketlər hazırlamaq;
  6. İclaslarda protokollar tutmaq və onları təsdiq və icra etmək məqsədi ilə paylamaq.

 

V.3. Resepsion xidmətləri göstərmək:

  1.  Qonaqları salamlamaq, qeydiyyatını aparmaq və onlara kömək etmək;
  2. Telefon zənglərinə cavab vermək və onları yönləndirmək;
  3. Sorğulara cavab vermək və ya zəngləri Assosiasiyanın müvafiq işçi heyətinin üzvünə yönləndirmək.

 

V.4. Zəruri halda digər əlaqədar inzibati vəzifələri yerinə yetirmək.

 

SƏRİŞTƏLƏRİN QISA TƏSVİRİ:

  • Gündəlik inzibati və kargüzarlıq prosedurları haqqında məlumat;
  • faylların təşkili ilə əlaqədar sistem və üsullar;
  • məktubların göndərilməsi və qəbulu qaydaları.
  • Məlumatların emalı ilə əlaqədar sistem və prosedurlar;
  • Yazılı və şifahi Azərbaycan dili və İngilis dili;
  • Ofis texnikası, o cümlədən:
  • kompüter, printer, surətçıxarma avadanlığı.

 

Bacarıqlar:

  • Effektiv şifahi ünsiyyət qurmaq və dinləmək bacarığı;
  • Effektiv təşkilati bacarıqlar;
  • Effektiv yazılı ünsiyyət qurmaq bacarığı;
  • Kompüter bacarıqları, o cümlədən internet, elektron cədvəllər və mətn emalı üzrə proqramlar və yüksək təcrübi səviyyədə elektron poçtdan istifadə etmək;
  • Vaxtın idarə olunması üzrə bacarıqlar;
  • Sənədlərin qeydiyyata alınması və saxlanması ilə əlaqədar təcrübə;
  • Qeydiyyat aparmaq və məlumat vermək bacarığı;
  • Ofis avadanlıqlarının istifadəsi ilə bağlı təcrübə;
  • İş ilə əlaqədar yazışmalar aparmaq.

 

Yanaşma:

  • Xoş, nəzakətli və səbirli yanaşma;
  • Cavabdeh, etibarlı və məsuliyyətli olmaq;
  • Təfərrüatlara diqqət yetirmək və yüksək səviyyədə dəqiqlik;
  • Keyfiyyət barədə məlumat;
  • Planla işləmək və artıq vaxt itkisinə yol verməmək.

 

Digər Tələblər:

  • Ali təhsil və yaxud orta ixtisas təhsili (kollec)
  • Ən azı 2 il tələb olunan sahə üzrə iş təcrübəsi

 

İş üçün ərizələri/müraciətləri tərcüməyi hal(CV) ilə bərabər 10 sentyabr 2019-cu il tarixinədək aşağıdakı email vasitəsilə göndərə bilərsiniz. Xanım namizədlərə üstünlük veriləcəkdir.

Elektron poçt: [email protected].Qeyd: CV-nizi təqdim edən zaman müraciət etdiyiniz vəzifəni qeyd edin.

Şirkət: 
Azərbaycan Mikromaliyyə Assosiasiyası

Ən sərfəli krediti almaq üçün müraciət et