İnzibati işçi (Bakı) | Banco.az

İnzibati işçi (Bakı)

Vakansiya haqqında məlumat: 

 

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC İnzibati işçi vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • "KredAqro" BOKT MMC-nin Baş Ofisində kargüzarlıq işinin aparılması;
  • Təşkilat adından göndərilən və daxil olan rəsmi məktubların hazırlanmasının, qeydiyyatının aparılmasının və aidiyyatı işçilərə çatdırılmasının həyata keçirilməsi;
  • Təşkilatın işçiləri üçün etibarnamələrin hazırlanması;
  • Təşkilatın fəaliyyəti ilə bağlı müvafiq müqavilələrin elektron reyestrinin aparılması və qoruyub saxlanılması;
  • Təşkilatın işçilərinin biznes səyahəti üçün müvafiq təşkilatı işlərin aparılması;
  •  "KredAqro" BOKT MMC-nin fəaliyyəti ilə bağlı rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi:

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq (Rus və İngilis dillərini bilənlərə üstünlük veriləcək);
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

 

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “İnzibati işçi” qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Şirkət: 
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı

Ən sərfəli krediti almaq üçün müraciət et