İnzibati İdarəetmə departamentinin aparıcı mütəxəssisi | Banco.az
Kapital Bank

İnzibati İdarəetmə departamentinin aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Öhdəliklər:

  • Bankın mal-material və digər avadanlıqlarla təmin edilməsi;
  • Tələbata uyğun sifarişlərin verilməsi;
  • Podratçı firmalarla əlaqə saxlanılması;
  • Alınan mal-materialların sənədləşdirilməsi;
  • Verilən tapşırıqların operativ şəkildə vaxtında və düzgün yerinə yetirilməsi.

Tələblər:

  • Ali iqtisadi və ya texniki təhsil;
  • Təchizat sahəsində ən azı 3 il təcrübə;
  • MS Office proqramları, xüsusilə MS Word, Excel proqramı üzrə biliklər;
  • Sənədlərlə işləmək bacarığı;
  • Ofis texnikası ilə işləmək bacarığı;
  • Öz fikrini düzgün ifadə etmək bacarığı;
  • Kollektivlə xoş ünsiyyət qurmaq bacarığı;
  • Mükəmməl Azərbaycan dili, istifadə dərəcəsində rus dili biliyi (namizədin ingilis dili biliyinə malik olması müsbət qarşılanır);
  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirmə meyli.

Əgər bu meyarlara cavab verirsinizsə, xahiş olunur, CV-nizi "İnzibati idarəetmə” qeydi ilə [email protected] ünvanına göndərəsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et