İnzibati departamentin mütəxəssisi | Banco.az
Bank BTB

İnzibati departamentin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

İnzibati departamentin mütəxəssisi

 İş barədə məlumat:

  • Satınalmalar üzrə Bankın siyasətinin və daxili qaydalarının layihələrini hazırlayır, müvafiq təsdiqdən sonra icrasını təşkil edir;
  • Satınalmalar üzrə şərtlər toplusunu hazırlayır;
  • Struktur vahidlərindən texniki avadanlıq və materiallara olan ehtiyaclar barədə sifarişləri qəbul edir və onları icra edir (һәг bir struktur vahidi üçün ayrılmış büdcə daxilində);
  • Bankın satınalmalar üzrə müqavilələrinin reyestrini aparır, müqavilə üzrə  şərtlərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirir;
  • Bankın mövcud əsas vəsaitlərinin inventar uçotunu aparır (mühasibat uçotu nəzərdə tutulmur).
  • Нәг bir struktur vahidin istifadəsində olan inventarların siyahısını tutur və struktur rəhbəri ilə razılaşdırmaq şərti ilə, həmin strukturda inventar üçün məsul şəxsi müəyyənləşdirir. Struktur vahidlərini inventarlardan səmərəli istifadə qaydaları ilə tanış edir və struktur üzrə məsul işçini təlimatlandırır;
  • Bankın əsas vəsait və azqiymətli əşyalarından, kommunal xidmətlərindən səmərəli istifadəyə nəzarət edir.

Namizədə tələblər:

  • ali təhsil;
  • ünsiyyətqurma bacarığı;
  • analitik düşünmə qabiliyyəti;
  • müvafiq kompüter proqramları ilə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 06.06.2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İnzibati departamentin mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et