İnsan Resurslarının idarə edilməsi departamentində HR Analitik | Banco.az
Kapital Bank

İnsan Resurslarının idarə edilməsi departamentində HR Analitik

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

Kapital Bank namizədləri İnsan Resurslarının idarə edilməsi departamentində HR Analitik vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir!

Öhdəliklər

  • Aylıq bonusların hesablanması; 
  • Tələb olunan məlumatların bank proqramlarından və aidiyyatı struktur bölmələrdən alınması və emalı;
  • Departamentin fəaliyyətinin rəqəmlərlə əks etdirilməsi: hesabatların hazırlanması proqnozların verilməsi;
  • Departamentin əsas fəaliyyət göstəricilərinin ölçülməsi və s.;

Tələblər

  • Riyazi və ya iqtisadi sahədə ali təhsilli;
  • Yüksək analitik düşünmə qabiliyyətli;
  • Yaxşı ünsiyyətqurma qabiliyyətli; 
  • Məsuliyyətli, detallara qarşı diqqətli; 
  • Bank sektorunda iş təcrübəsi (qeyd edilmiş öhdəliklər üzrə iş təcrübəsinin olması üstünlük təşkil edir) ;
  • Rus və İngilis dillərini bilmək; 
  • MS Excel proqramını əla səviyyədə bilmək;

CV-lərinizi, mövzu hissəsində “HR Analitik” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et