İnsan Resursları Strukturunun meneceri | Banco.az
AFB Bank

İnsan Resursları Strukturunun meneceri

Vakansiya haqqında məlumat: 

 

AFB Bank İnsan Resursları Strukturunun meneceri vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Menecer

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • Menecment, psixologiya və ya insan resursları sahəsində ali təhsil;
  • AR Əmək qanunvericiliyi bilikləri;
  • İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
  • İşəqəbul prosesinin əsas qaydaları haqqında biliklər;
  • Elektron Hökumət Portalı, 1 C, HRM proqramı ilə işləmə bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Azərbaycan, Rus və ingilis dillərində danışma, oxuma və yazma bacarığı;
  • Minumum 2 il Bank təcrübəsi olmaqla, müvafiq sahədə 4 ildən artıq iş təcrübəsi;
  • İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı;
  • Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı;

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Digər bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil olun.

İŞİN TƏSVİRİ:

  • İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək;
  • İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
  • İR büdcəsinin hazırlanması və icrasına nəzarət etmək;
  • İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
  • İşəqəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
  • Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
  • Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
  • Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi; 
  • Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
  • Müntəzəm olaraq Bankın bütün struktur bölmələrində iş analizlərinin aparılmasının təmin edilməsi;
  • İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlanması və həyata keçirilməsi;
  • Kadr bazasının yaradılması və idarə edilməsi, içilər barədə hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili;
  • Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması; 
  • Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət; 
  • İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi;
  • Rəhbərliyə və dövlət orqanlarına aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim olunması

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində İnsan resursları üzrə menecer qeydi edərək [email protected]elektron ünvanına göndərməyinizi xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et