İnsan Resursları mütəxəssisi (Mingəçevir və Xaçmaz regionu) | Banco.az

İnsan Resursları mütəxəssisi (Mingəçevir və Xaçmaz regionu)

Vakansiya haqqında məlumat: 

 

Şirkət haqqında 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokalad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 
 
Vəzifənin adı: İnsan Resursları mütəxəssisi (Mingəçevir və Xaçmaz regionu)

Təcrübə müddəti: 1-3 il
Təhsil: Ali (MBA üstünlükdür)

İxtisas Bilikləri və Bacarıqlar: Müsahibə bacarığı; Azərbaycan Respublikasının Əmək məcəlləsi bilikləri; Performansın idarəedilməsi sahəsində biliklər;  İş və iş yükü analizləri, say normalarının işlənməsi biliyi; Biznes zəkası;

Kompyuter Bilikləri: MS Excel, MS Office,  Windows,

VƏZİFƏ FUNKSİYALARI:

 Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması
 İşəqəbul hazırlıqlarının və iş müsahibələrinin təşkili
 İşəqəbul hesabatlarının hazırlanması
 Mövcud vakansiyalarla bağlı iş elanlarının hazırlanılması və yerləşdirilməsi
 Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarətin aparılması
 Vakansiyalara uyğun namizədlərin seçilməsi, müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi
 Namizədlər bazasının daim yenilənməsi
 Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin qəbulu, transferi, vəzifə artımı, işdən azad edilmə və s. sənədlərin rəsmiləşdirilməsi, məlumatların elektron hökümət portalına daxil edilməsi
 Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
 İşçilər haqda məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləmək, lazımi dəyişikliklərin oraya daxil edilməsi
 İşçilərə cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək

İş qrafiki: 5 günlük
Yaş həddi: 22 - 35 yaş
İş yeri: Bakı şəh.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "İR mütəxəssis region" qeyd edilməsi xahiş olunur. 

Şirkət: 
Veysəloğlu Şirkətlər Qrupu

Ən sərfəli krediti almaq üçün müraciət et