İnsan resursları departamentinin mütəxəssisi | Banco.az
Bank BTB

İnsan resursları departamentinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC İnsan resursları departamentinin mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

 İş barədə məlumat:

1.      Bank üzrə illik işə qəbul planının icrasını təşkil edir;

2.      Əmək münasibətlərinin tənzimlənməsi üzrə əmrləri hazırlayır və əməkdaşlara iş yerindən arayışları təqdim edir;

3.      Əmək müqavilələrinin elektron qeydiyyatını həyata keçirir;

4.      Test bazasının hazırlanması və yenilənməsini həyata keçirir;

5.      Karyera tədbirlərini  təşkil edir;

6.       Bankdaxili qaydalara müvafiq olaraq, şöbənin fəaliyyəti barədə hesabatlar hazırlayır;

  1. Əməkdaşların əmək kitabçaları ilə təmin edilməsi. Əmək kitabçalarının doldurulmasını, onların qeydiyyatının aparılmasını və saxlanmasını təmin edir;
  2. Davamiyyət sisteminə nəzarəti həyata keçirir və davamiyyət hesabatları  hazırlayır;
  3. İşçi heyətinin sığortalanması ilə əlaqədar işləri həyata keçirir;
  4. Bankın işçi heyəti üçün qiymətləndirmənin müəyyən olunmuş vaxt ərzində aparılmasını həyata keçirir;
  5. İşçilərin qiymətləndirmə layihələrin həyata keçirilməsi;
  6. Bankdaxili kompensasiya sisteminin təkmilləşdirilməsi üzrə layihələri həyata keçirir;
  7. Müvafiq inkişaf proqramlarını həyata keçirir;
  8. Bankdaxili qaydalara uyğun olaraq, karyera inkişaf planlarının hazırlanması və tətbiqi işini təşkil edir;
  9. Korporativ tədbirləri təşkil edir;
  10. İşçi heyətinin sığortalanması ilə əlaqədar işləri həyata keçirir

Namizədə tələblər:

  • ali təhsil;
  • ünsiyyətqurma bacarığı;
  • analitik düşünmə qabiliyyəti;
  • bank fəaliyyəti və əmək qanunvericiliyi ilə bağli biliklər.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05.05.2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İnsan resursları departamentinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et