İnformasiya texnologiyaları İdarəsinin şəbəkə infrastrukturu şöbəsinin şəbəkə inzibatçısı- stajçı mütəxəssisi / şəbəkə inzibatçısı- kiçik mütəxəssisi | Banco.az
Xalq Bank

İnformasiya texnologiyaları İdarəsinin şəbəkə infrastrukturu şöbəsinin şəbəkə inzibatçısı- stajçı mütəxəssisi / şəbəkə inzibatçısı- kiçik mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Vəzifə: İnformasiya texnologiyaları İdarəsinin şəbəkə infrastrukturu şöbəsinin şəbəkə inzibatçısı- stajçı mütəxəssisi  / şəbəkə inzibatçısı- kiçik mütəxəssisi

Əmək haqqı: (1280 AZN-dən başlayaraq)

Qeyd : Bank təcrübəsi olmayan namizədlər əmək haqqı (670 AZN) ödənilməklə stajçı mütəxəssis götürülə bilər.

İş qrafiki: 09:00 - 18:00/ Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali magistr təhsili (Texniki ixtisaslara üstünlük verilə bilər);
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır);
• Hərbi xidməti bitirənlər və ya uzun müddətli möhlət hüququ olanlar;
• Tələb olunan sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi arzuolunandır ;
• LAN/WAN texnologiyaları üzrə mükəmməl bilik;
• Cisco (switch, router, firewall) avadanlıqları üzrə konfiqurasiya, sazlanması və quraşdırılması üzrə iş təcrübəsi;
• Komandada işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

İŞİN TƏSVİRİ:

• LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
• Şəbəkə avadanlıqlarının (Cisco router, switch, və s.) funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarını hazırlamaq;
• Router, Switch və Fierwall-ları Bankın təhlükəsizlik standartlarına uyğun olaraq hazırlamaq;
• Şəbəkə problemlərini müəyyən edib həll etmək;
• Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq;
• Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılması;
• Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi;
• İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.

QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Əlaqə vasitələri:

E - mail :  [email protected] 
Telefon: (012) 404 43 39
Faks:  (012) 404 43 34

Vəzifələr: 

  

Ən sərfəli krediti almaq üçün müraciət et