İnformasiya Texnologiyaları departamentinin, İT əməliyyatlarına dəstək şöbəsinə mütəxəssis | Banco.az
Rabitəbank

İnformasiya Texnologiyaları departamentinin, İT əməliyyatlarına dəstək şöbəsinə mütəxəssis

Vakansiya haqqında məlumat: 

İşin təsviri:

 

  • Kompüter istifadəçilərindən müraciətlərin qəbul edilməsi və texniki dəstək xidmətinin həyata keçirilməsi;
  • İstifadəçi kompüterlərində yaranmış proqram və avadanlıq səviyyəli nasazlıqların aradan qaldırılması;
  • Yeni proqram təminatlarının istifadəçi kompüterlərinə yüklənməsi;
  • İstifadəçilərdə kompüterlərin şəbəkələrə qoşulmalarında yaranmış kiçik nasazlıqların aradan qaldırılması;
  • Printerlər və digər periferik qurğularla bağlı proqram səviyyəli nasazlıqların aradan qaldırılması;
  • Müxtəlif təcili pul köçürmə sistemləri üzrə texniki xidmətin aparılması və dəstəyin göstərilməsi;

 

 

Namizədlər üçün irəli sürülən tələblər:

 

  • Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.)
  • Tələb olunan sahə üzrə minimum 2 (iki) il iş təcrübəsi (bank sektorunda təcrübəsi olanlara üstünlük verilir)
  •   Azərbaycan dilində səlis danışıq və qrammatik  bilikləri;
  • İngilis və Rus dili bilikləri (orta səviyyədə);
  • Kompüterlər və periferik qurğuların quraşdırılması bilikləri;
  • Windows əməliyyat sisteminin quraşdırılması, sazlanması və idarə edilməsi bilikləri;;
  • VMWare, DNS, DHCP, Active Directory, Terminal Server, Exchange  haqqında fundamental bilikləri;
  • Şəbəkənin əsaslarına dair minimal nəzəri və praktik bilikləri;

 

Davranış səriştələri;

 

  • Fərdi və komanda şəklində işləyə bilmək;
  • Ünsiyyət qurmaq və təqdim etmə bacarığı;
  • Diqqətlik, operativlik və təşəbbüskarlıq;
  • Yüksək gərginlik altında işləmək bacarığı:

 

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifənin adı mütləq qeyd olunmalıdır.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Əlaqə vasitələri:

E - mail :  [email protected] 

Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et