İnformasiya təminatı şöbəsinə mütəxəssis | Banco.az
Bank Respublika

İnformasiya təminatı şöbəsinə mütəxəssis

Vakansiya haqqında məlumat: 

Bank Respublika” ASC IT Departamentinin “İnformasiya təminatı şöbəsinə mütəxəssis” vəzifəsi üzrə vakansiya (2 vakant yer) elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Müxtəlif struktur bölmələrin müraciəti əsasında qərar vermək məqsədilə biznes informasiyanın hazırlanması;
• Bankdaxili proseslərin və hesabatların maksimum avtomatlaşdırılması;
• Bank proqramlarında günün bağlanmasının həyata keçirilməsi;
• Proqram təminatı serverinə xidmətin təmin olunması və layihələndirilməsi;
• Məlumat bazasının yaradılması və idarəedilməsi üzrə müasir texnologiyalarla işin aparılması.

Namizədə qarşı tələblər:

• Yaş həddi: 20-30;
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan və rus dilləri sərbəst, ingilis dili texniki;
• Məlumat bazalarının proqramlaşdırılması üzrə biliklər (SQL, PLSQL);
• Komandada işləmək bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 iyun 2018-ci il tarixinədək  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “IT Departamenti/İnformasiya təminatı şöbəsinin mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et