İnformasiya təhlükəsizliyi üzrə inzibatçı | Banco.az
AccessBank

İnformasiya təhlükəsizliyi üzrə inzibatçı

Vakansiya haqqında məlumat: 

İnformasiya təhlükəsizliyi üzrə inzibatçı

Vəzifə öhdəlikləri:

 Kənar təhlükələrin və boşluqların, o cümlədən korporativ sistemlərin boşluqların təhlili və onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması;
 Bank əməkdaşlarının məlumat-hesablama resurslarına girişinin, səlahiyyətsiz giriş cəhdlərinin, informasiya mühafizəsi sistemlərinin və məlumatlandırma obyektlərinin vəziyyətinin monitorinqi (o cümlədən, instrumental vasitələrdən istifadə etməklə);
 İnternet şəbəkəsi və elektron poçt sisteminin trafikinin monitorinqi və təhlili
 İnformasiya təhlükəsizliyi sisteminin monitorinqi və mühafizə tədbirlərinə nəzarət;
 Bankın serverlərin log-fayllarının və Bankın aktiv şəbəkə avadanlıqlarının təhlili;
 İnformasiya təhlükəsizliyi tələblərinə riayət olunmasınına dair yoxlamaların həyata keçirilməsi;
 İnformasiya təhlükəsizliyi ilə əlaqədar insidentlərin araşdırılmasında iştirak etmək;
 Bankın struktur bölmələrində informasiya təhlükəsizliyi tələblərinə riayət olunmasının yoxlanmasında iştirak etmək;
 Bank əməkdaşlarının tədrisində və informasiya təhlükəsizliyinin təmin olunması məsələləri ilə əlaqədar təlimatlandırılmasında iştirak etmək.

Bank və maliyyə vakansiyaları ilə tanış olmaq üçün buraya daxil 

Bank işi kurslarımız üçün daxil olun: http://banco.az/az/bank-isi-kursu

Namizədlərə dair irəli sürülən tələblər:

 İnformasiya təhlükəsiyi / İnformasiya texnologiyaları sahəsində ali təhsil;
 İnformasiya təhlükəsizliyi sahəsində 2 ilədək iş təcrübəsi;
 Azərbaycan dili biliyi;
 İngilis və rus dilləri biliyi (informasiya texnologiyaları və informasiya təhlükəsizliyi xətləri üzrə texniki sənədlərin oxunması üçün kafi həcmdə); 
 Məsuliyyətlilik, təşkilatçılıq qabiliyyəti, dəqiqlik, səliqəlilik, mükəmməl ünsiyyət qabiliyyəti;
 Müstəqil işləmək bacarığı;
 Öz biliklərini təkmilləşdirməyə və yeni vərdişlərə yiyələnməyə həvəs göstərmək;
 Kompüter şəbəkələrinin, TCP/IP protokollarının, şəbəkələrarası ekranların, IPS, SIEM, DLP iş prinsiplərini bilmək;
 MS Windows əməliyyat sistemininiş prinsiplərini, funksional imkanlarını və məhdudiyyətlərini bilmək və başa düşmək ( *nix əməliyyat sistemləriylə ilə iş təcrübəsinə üstünlük verilir);
 Müasir təhlükələrə, boşluqlara və mühafizə texnologiyalarına dair mütəxəssis bilikləri;
 Mühafizənin təhlili və boşluqları təsbit edən şəbəkə skanerlərindən istifadə təcrübəsi (Qualys,Nessus, Max Patrol);
 Web-application təhlükəsizliyin təmin edilməsinin əsaslarına dair biliklər. Web Application Firewall konfiqurasiyası təcrübəsi;
 Standart təhlükəsizlik insidentlərini yaxşı bilmək və SIEM -də tətbiq üçün onların parametrlərini müəyyən etmək. SIEM ilə iş təcrübəsinə üstünlük verilir.
 VMware virtuallaşdırma platformasını bilmək və onun təhlükəsizliyini təmin etmək;
 Cisco, Palo Alto, F5 BIG-IP şəbəkə avadanlıqlarına dair biliklərə üstünlük verilir.
 İnformasiya təhlükəsizliyi sahəsində şəhadətnamələrə malik olması namizədin seçilməsində onun xeyrinə olacaq.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et