İnformasiya Təhlükəsizliyi üzrə Baş Mütəxəssis | Banco.az

İnformasiya Təhlükəsizliyi üzrə Baş Mütəxəssis

Vakansiya haqqında məlumat: 

Vəzifə : İnformasiya Təhlükəsizliyi üzrə Baş Mütəxəssis

Şöbə: İnformasiya Texnologiyaları Departamenti

Namizədə tələblər:

• Komputer elmləri, riyaziyyat və mühəndislik sahəsində bakalavr dərəcəsi;
• İş təcrübəsi: bu sahə üzrə ən azı 5 il iş təcrübəsi ;
• Azərbaycan və ingilis dili bilikləri mükəmməl səviyyədə, rus dili arzuolunandır ; 
• İnformasiya təhlükəsizliyi proqramları üzrə sertifikatlar;
• İnformasiya təhlükəsizliyi sahəsində standartlar və digər tələblər üzrə biliklərə və təcrübəyə malik olması;
• Analitik düşünmə qabiliyyəti, problemlərin effektiv həll olunması və ehtiyacların prioritetləşdirərək müəyyən olunması ;
• Ünsiyyət bacarıqları , komanda tərkibində işləmək qabilliyəti ,liderlik keyfiyyətləri və münaqişələri idarəetmə , layihə idarəetmə bacarıqları; 
• Sistemin davamlı inkişaf etdirilməsi və öyrənilməsi yönümlü bacarıqları ;

Əsas Vəzifə Öhdəlikləri:

• İnformasiya təhlükəsizliyi üzrə siyasət və standartların inkişafı və araşdırılması; 
• Şirkətin təhlükəsizlik siyasətinin idarə olunması (İnformasiya Texnologiyaları Təhlükəsizliyi, İstifadəçi Təhlükəsiliyi, Fiziki Təhlükəsizlik, Texniki Təhlükəsizlik) ;
• Şirkət təhlükəsizliyinin ölçmə meyarlarının qiymətləndirilməsi və uyğunluğunun yoxlanılması;
• İnformasiya təhlükəsizliyi insidentlərinə müdaxilə və onların idarə olunması;
• İnformasiya təhlükəsizliyinə dair prosedurların , mexanizmin və  ölçmə meyarlarının test olunması;  
 
İş şərtləri:

∙ Qrafik: 09:00- 18:00
∙ İş günləri: 1-5
∙ İş yeri: Baş ofis
∙ Ə/H: razılaşma yolu ilə
 
CV-ləri İnformasiya Təhlükəsizliyi üzrə Baş Mütəxəssis mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. 

Şirkət: 
AXA Mbask

Ən sərfəli krediti almaq üçün müraciət et